top
Bu şirkət Sumqayıtın təbiətinə qənim kəsilib
27 avqust 2026, 16:35
- ↺ +

Bu şirkət Sumqayıtın təbiətinə qənim kəsilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gün öncə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin son monitorinqləri ölkəmizdə, xüsusən də paytaxt və ətraf ərazilərdə ekoloji qanunsuzluqların hələ də davam etdiyini acı bir reallıq kimi ortaya qoyub.

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara ümumilikdə 72 min manata yaxın ziyan vurulması sadəcə quru statistika deyil, ətraf mühitə qarşı göstərilən etinasızlığın növbəti aqibətidir. Bəzi şirkət və qurumlar hələ də şəxsi maraqlar xatirinə təbiəti məhv edirlər. Kəsilmiş ağaca görə cərimə ödəmək, hüquqi prosedurdan keçmək mümkündür, lakin məhv edilən oksigen mənbəyini və on illərlə formalaşan canlı ekosistemi heç bir vəsaitlə geri qaytarmaq olmur.

Bu dəfə qanunsuzluqların ən qabarıq və bariz nümunəsi məhz Sumqayıt şəhərinin "payına düşüb". Araşdırma zamanı 4-cü məhəllə ərazisində ağac kəsiminin "Mahal" MTK tərəfindən həyata keçirildiyi məlum olub. Tikinti şirkəti ərazidəki dəyərli ağacları – ümumilikdə 8 ədəd sərv, Şərq çinarı və Eldar şamını məhv edib. Bu hadisənin təbiətə vurduğu ziyan ümumi zərərin tən yarısından çoxunu – 42 min manatı təşkil edir. Cinayət tərkibi yaradan bu əmələ hüquqi qiymət verilməsi üçün toplanan materiallar artıq Baş Prokurorluğa göndərilib.

Məsələnin ən təəssüfdoğurucu hissəsi isə "Mahal" MTK-nın bu əməli təkrarlamasıdır. Şirkətin yaşıllıqlara olan ögey münasibəti ilk dəfə deyil və belə faktların artıq ikinci dəfədir prokurorluq orqanlarına göndərilməsi həmin strukturun ekoloji qanunvericiliyi qəsdən və sistemli şəkildə heçə saydığını göstərir. Görünür, əvvəlki xəbərdarlıqlar və tədbirlər MTK üçün yetərli olmayıb.

Mənbə: Demokrat.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Bütün xəbərlər
Dünən, 15:55

Son günlər əhali arasında yayılan xəstəliyin səbəbi nədir?

Bütün xəbərlər
Dünən, 15:25

Sumqayıtda məktəblilərin zəhərləndiyi qidada qızılı stafilokok aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:52

Sumqayıtın hava proqnozu

Bütün xəbərlər
Dünən, 14:26

Ceyranbatanda maşın ana-balanı vurub

Bütün xəbərlər
Dünən, 14:20

33 nömrəli avtobus yenə yolda qaldı: Sərnişinlər nə vaxta qədər əziyyət çəkməlidir?

İdman
Dünən, 13:47

Sumqayıtlı gənc cüdoçular nazirlə görüşdülər

İdman
Dünən, 13:15

"Sumqayıt"ı "Zirə" səfəri gözləyir

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda qonşular arasında bıçaqlanma

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda məktəbin ətrafına tikanlı məftil çəkilib - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Dünən, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Dünən, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Dünən, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Dünən, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
19 oktyabr 2026, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Oxşar xəbərlər