Sumqayıtda futbol oynamaq istəyən uşaqlar özləri meydança yaratmağa çalışırlar.
Sumqayit24.az-a müraciət edən kiçik idmansevərlərin sözlərinə görə, Kimyaçılar qəsəbəsində, "Şüşə zavod" kimi tanınan ərazidə futbol oynamaq üçün uyğun şərait yoxdur. Buna baxmayaraq, onlar kol-kos basmış ərazini təmizləyərək özləri üçün kiçik futbol meydançası düzəldirlər.
Uşaqlar bildirirlər ki, futbola böyük maraqları var və gələcəkdə peşəkar futbolçu olmaq istəyirlər. Lakin məşq etmək, oynamaq üçün normal meydançanın olmaması onların qarşısında ciddi çətinlik yaradır.
Onlar aidiyyəti qurumlara və məsul şəxslərə müraciət edərək ərazidə futbol oynaya biləcəkləri normal meydançanın yaradılmasına kömək göstərilməsini xahiş edirlər.