Sumqayıtlı abituriyentlər qəbuldə yüksək nailiyyətlə seçiliblər. Sumqayıt24-ə bu barədə izləyicilər xəbər veriblər.
Hər il əla nəticə göstərən Təbiət Elmləri Təməyüllü Gimnaziya bu dəfə də rekord göstəriciyə imza atıb. Belə ki, təhsil ocağının imtahan vermiş 61 məzunundan 43 nəfəri 600-dən çox bal toplayıb.