Sumqayıtda “Atletika hamı üçün” adlı tədbir keçiriləcək. Bu haqda bu gün, 21 iyul tarixində Gənclər və İdman Baş İdarəsinə istinadən xəbər veririk.
“İdman hamı üçün” layihəsi çərçivəsində təşkil edilən əyləncəli idman tədbirinin keçirilməsində məqsəd atletika idman növünün təbliği, idmana marağın artırılmasıdır.
Tədbir 24 iyul saat 09:00-dan 10:00-dək Sumqayıt Bulvarı ərazisində yerləşən açıq tipli sadə idman qurğusunda keçiriləcək. Mərasimə giriş sərbəstdir.