Sumqayıtda 2 nömrəli marşrutun hərəkət sxemi genişləndirilib. Sumqayıt24 bu haqda 7 sentyabr tarixində xəbər verir.
Marşrut əvvəl Sülh küçəsi və Səməd Vurğun küçəsinin kəsişdiyi nöqtədən sağa hərəkət alırdı. İndi isə avtobuslar “Göyərçin” abidəsindən Polad Həşimov küçəsi istiqamətinə gedəcək, sonra bulvar ərazisinə düşəcək, “ASAN Xidmət” və Muğam Mərkəzinin qarşısından keçəcək və “Dörd qardaş” restoranından sağa dönərək öz əvvəlki hərəkət sxeminə qayıdacaq.
Xatırladaq ki, bulvar ərazisindəki binalarda yaşayan sakinlər redaksiyamıza ictimai nəqliyyat qıtlığından şikayətlənirdilər.