Sumqayıtlı şəhid Fərhad Fərhadlının anım günüdür.
O, Neft və Sənaye Universitetində bakalavr, İqtisad Universitetində isə magistr pilləsi üzrə ali təhsilini alıb. İş həyatına “Gilan Holdinq”də başlayıb, sonra isə “Kapital Bank”da davam etdirib.
Vətən müharibəsində iştirak edən Fərhad 20 oktyabr tarixində Cəbrayıl azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olur.
Prezident İlham Əliyevin sərəncamına əsasən o, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medallarına layiq görülüb.