Sumqayıtda fəaliyyət göstərən obyektlər yanıb. Bu barədə 10 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə bir dam altında olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdə qeydə alınıb. Nəticədə sahəsi 80 kv.m olan çayxanada 1 ədəd soyuducu və 4 dəst stol-stul yanıb, lambirdən ibarət tavan 20 kv.m sahədə əriyib. Yüksək temperaturdan 40 kv.m sahəli avtoyuma məntəqəsinin lambirdən ibarət tavanının 10 kv.m-i əriyib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürüb, obyektin qalan hissəsini mühafizə ediblər.
Qeyd edək ki, sahəsi 150 kv.m olan damın altında market də yerləşir.