Ceyranbatanda şəhid ilə vida mərasimi keçirilib. Sumqayıt24 bu barədə 17 sentyabr tarixində məlumat verir.
Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan əsgər Nicat Qarazadənin nəşi Ceyranbatan qəsəbəsindəki yaşadığı evə gətirilib. Şəhid ilə vidalaşmağa yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hərbçilər və çoxlu sayda sakinlər gəliblər. Qəhrəmanımız 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
[modula id="23343"]