Corat qəsəbəsində kanalizasiya quyusu təhlükə yaradır. Sumqayıt24 bu haqda 13 noyabr tarixində xəbər verir.
Sözügedən lük Xanməmməd Məhərrəmoğlu küçəsində, yolun tən ortasında yerləşir. Şikayətçilərin sözlərinə görə, 3 aya yaxındır ki, quyunun qapağı “yoxa çıxıb”. Onun kim tərəfindən götürüldüyü, yaxud oğurlandığı məlum deyil:
“Qaranlıq saatlarda avtomobillər qəza təhlükəsi ilə qarşılaşırlar. Lazımi işlərin aparılmasını gözləyirik”.