top
Dabaq xəstəliyi insanlara yoluxa bilər?
23 oktyabr 2025, 13:00
- ↺ +

Dabaq xəstəliyi insanlara yoluxa bilər?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Dabaq xəstəliyi ictimai sağlamlıq üçün təhlükə yaratmır. Bu xəstəlik çox nadir hallarda insanlara yoluxa bilər".

Sumqayit24.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəis müavini Yusif İbrahimov bildirib.

O qeyd edib ki, tarix boyu insanların dabağa yoluxması halları çox az qeydə alınıb:

"Belə yoluxmalar adətən birbaşa xəstə heyvanla intensiv təmas zamanı baş verir — yəni insan virusla çirklənmiş sekresiyalarla uzunmüddətli təmasda olduqda.

Bununla belə, bu hallar istisnadır və insanın dabağa yoluxması ilə bağlı epidemioloji risk çox aşağıdır.

İnsanların çiy ətlə təması nəticəsində dabaq xəstəliyinə yoluxması elmi cəhətdən sübut olunmayıb. Qida yolu ilə bu virusun insan orqanizminə keçməsi demək olar ki, mümkün deyil. Çünki ət və ət məhsulları termiki emaldan — yəni bişirmə, qızartma və s. proseslərdən keçdikdə virus tamamilə məhv olur. Buna görə də vətəndaşlara ət məhsullarını qaydalara uyğun bişirməyi, həmçinin baytarlıq nəzarətindən keçməmiş heyvan məhsullarından istifadə etməməyi tövsiyə edirik.

Fermerlərimizə isə tövsiyəmiz odur ki, kənd təsərrüfatı heyvanları ilə təmas zamanı sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Əgər xəstə heyvana təmas olubsa, əllərini və geyimlərini yaxşıca təmizləsinlər".

Yusif İbrahimov əlavə edib ki, dabaq xəstəliyi əsasən heyvanlar üçün təhlükəli olan bir xəstəlikdir və insanlar üçün ciddi risk yaratmır:

 "Bir daha mütəxəssis kimi əminliklə bildirirəm ki, çiy ət vasitəsilə virusun insanlara keçməsi praktik olaraq qeyri-mümkündür".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:00

Bu gün Sumqayıt şəhərimizin 77 yaşı olur

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtda maşınların hərəkətində problem yaradan kələ-kötür yol

Bütün xəbərlər
Dünən, 17:30

Sarayda həyətdə meyit aşkarlanıb

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtın xəstəxanasında GƏRGİN ANLAR - ŞİKAYƏT

İdman
Dünən, 16:34

"Sumqayıt"ın prezidenti "Sabah"la oyundakı hakimliyi tənqid etdi - MÜSAHİBƏ

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıta istirahət günü yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 15:08

Sumqayıtda sakinləri zəhərləyən müəssisədən ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 14:25

SDU və MTÜ-nün birgə layihəsi COP31-də təqdim olundu

Bütün xəbərlər
Dünən, 13:50

Vətən yolunda şəhid olan sumqayıtlı çavuşun doğum günüdür

İdman
Dünən, 13:15

Sumqayıtlı boksçu Avropa çempionatında yarımfinalda

Bütün xəbərlər
Dünən, 12:15

Coratda içməli su küçələrə və həyətlərə axır - İDDİA

Bütün xəbərlər
Dünən, 11:21

Sumqayıtda faciə - azyaşlı dəm qazından boğuldu

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıtın 77-ci ildönümü münasibətilə konsert proqramı keçirilib

Bütün xəbərlər
Dünən, 10:47

Sarayda yük maşını dərəyə aşdı

Bütün xəbərlər
Dünən, 09:50

Sumqayıtda bu küçədə yenə yol çökdü

Bütün xəbərlər
Dünən, 09:15

Coratdakı bağça ilə bağlı sakinlər həyəcan təbili çalırlar - ŞİKAYƏT

Bütün xəbərlər
20 noyabr 2026, 19:00

Sumqayıtda "Şəhərsalma və Memarlıq İli" ilə bağlı tədbir keçirildi

Bütün xəbərlər
20 noyabr 2026, 18:30

Sumqayıtda şənbə günü 20 dərəcə isti olacaq

Bütün xəbərlər
20 noyabr 2026, 18:00

Sumqayıtlı əməkdar artist qızına toy edəcək

Bütün xəbərlər
20 noyabr 2026, 17:30

Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin tabeliyinə veriləcək?

Bütün xəbərlər
20 noyabr 2026, 16:55

Sumqayıt-Bakı xəttində sərnişinlər qatara minə bilmədilər - RƏSMİ CAVAB

Bütün xəbərlər
20 noyabr 2026, 16:30

Qışı soyuq evlərdə qarşılayan sumqayıtlılardan ŞİKAYƏT

Bütün xəbərlər
20 noyabr 2026, 16:10

Saray körpüsündə ağır qəza

Bütün xəbərlər
20 noyabr 2026, 15:18

Sosial müavinətlər və təqaüdlər bu tarixdə ödəniləcək

Oxşar xəbərlər