Sumqayıtda avtomobildə yanğın olub.
Sumqayıt24 xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib. Məlumata görə, "Daewoo" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) bölmələri alovun qarşısını alıb. Ətraf ərazilər yanğından mühafizə edilib.