Sumqayıt təhsil müəssisələrinin məzunları Prezident təqaüdü alacaqlar. Sumqayıt24 bu barədə 5 oktyabr tarixində məlumat verir.
Ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Prezident təqaüdü alacaq 102 şəxs içərisində Sumqayıtdan olan Təbiət Elmləri Təmayüllü Gimnaziyanın iki məzunu - Şəhla Süleymanlı və Cəmil Cəmaləddinli, eləcə də "İstedad" Liseyinin məzunu Tükəzban İskəndərlinin də adları var.
Beləliklə, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın təqaüdçülərinin sayı 4-də çatıb.