Sumqayıt tədris ocağının daha bir şagirdi buraxılış imtahanında uğur qazanıb.
Sumayit24.az xəbər verir ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.
Vətən müharibəsi şəhidi baş gizir İlham Rəşidovun qızı — İdrak liseyinin şagirdi Dərya Rəşidova imtahanda 228,3 bal toplayaraq yüksək nəticə göstərib.