Sumqayıtda vətəndaşın barmağında dəmir halqanın sıxılaraq qalması barədə FHN-in "112" qaynar xəttinə məlumat daxil olub. Sumqayıt24 bu barədə 10 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar həkim nəzarəti altında halqanın müvafiq qaydada çıxarılmasını təmin ediblər.