“Sumqayıt” FK-nın futbolçusu daun sindromlu uşaqlar üçün təşkil olunmuş "Yeni il" şənliyində iştirak edib. Bu haqda bu gün, 24 dekabr tarixində "Report" məlumat yayıb.
“Sumqayıt”ın qapıçısı Aydın Bayramov, eləcə də AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, veteran futbolçu Cavid Hüseynov və digər idmançılar Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə uşaqları təbrik ediblər.
Uşaqlar yolkanın ətrafında təşkil olunmuş əyləncəli proqramda iştirak ediblər. Sonda isə onlara AFFA və tərəfdaşlarının hədiyyələri təqdim olunub.