Milli Məclisin komitə sədri Hicran Hüseynova vətəndaş qəbulu keçirib. Bu haqda 1 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı olan Hüseynova sakinlərin müraciət və problemlərini dinləyib. Görüşdə iştirak edən vəkil Vüsal Mirzəyev vətəndaşlara ödənişsiz şifahi və yazılı hüquqi məsləhətlər verib.
İştirakçılar, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi həllini tapıb, digər müraciətlər isə həll olunması üçün aidiyyəti qurumlara göndərilib.