top
Deputat - Sumqayıtda peşə təhsili mərkəzinin yenidən qurulmasına iki ildir başlanılmır
Bu gün, 21:32
- ↺ +

Deputat - "Sumqayıtda peşə təhsili mərkəzinin yenidən qurulmasına iki ildir başlanılmır"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin yenidən qurulması plana daxil edilsə də, artıq iki ildir ki, bu istiqamətdə işlərə başlanılmayıb".

Bunu Milli Məclisin iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Mehriban Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Sumqayıtda peşə təhsilinin sənaye parkları ilə inteqrasiyası və müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı xüsusi əhəmiyyət daşıyır.

"Hesab edirəm ki, mərkəzin yenidən qurulmasının konkret icra qrafiki müəyyənləşdirilməli, eyni zamanda Prezidentin müvafiq sərəncamında tikintisi nəzərdə tutulan 21 peşə təhsili müəssisəsindən birinin Sumqayıtda yerləşdirilməsi məsələsinə baxılmalıdır", – deyə o vurğulayıb.

Mehriban Vəliyeva peşə təhsilinin keyfiyyətinin artırılması məqsədilə bir sıra qanunvericilik dəyişiklikləri də təklif edib. Onun sözlərinə görə, ictimai iaşə obyektlərində müvafiq ixtisaslar üzrə işə qəbul zamanı peşə təhsili sənədi və ya sertifikatın tələb olunması qanunvericiliklə tənzimlənməlidir.

Deputat həmçinin peşə təhsili məzunlarının təhsili başa vurduqdan sonra altı ay ərzində öz ixtisasları üzrə işlə təmin olunma göstəricilərinin hər il açıqlanmasını təklif edib. Bildirib ki, bu məlumatlar növbəti ilin dövlət sifarişi formalaşdırılarkən nəzərə alınmalıdır.

M.Vəliyeva sənaye parkları ilə əməkdaşlıq əsasında Azərbaycanda pilot peşə təhsili şəhərciyinin yaradılmasını da məqsədəuyğun hesab edib. Onun fikrincə, belə bir model çərçivəsində bir neçə təhsil müəssisəsi ortaq emalatxanalardan istifadə edə, işəgötürənlər tədris proqramlarının hazırlanmasında iştirak edə, tələbələr isə istehsalat təcrübəsini birbaşa müəssisələrdə keçə bilərlər.

Deputat diqqətə çatdırıb ki, 2027-ci ilin dövlət büdcəsində təhsil xərclərinə 5 milyard 99 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Bunun 2 milyard 185 milyon manatdan çoxu ümumi təhsilə, 435 milyon manatı məktəbəqədər təhsilə, 853 milyon manatdan çoxu ali təhsilə, 115,4 milyon manatı isə peşə təhsilinə yönəldiləcək.

O, təhsilə ayrılan vəsaitin səmərəliliyinin yalnız rəqəmlərlə deyil, təhsilin keyfiyyətində və əlçatanlığında əldə edilən real nəticələrlə ölçülməli olduğunu vurğulayıb.

Mehriban Vəliyeva Qarabağ və Şərqi Zəngəzurda təhsil infrastrukturunun inkişafına da toxunaraq Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin bölgədə tikinti, turizm və xidmət sahələri üzrə yerli mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacağını bildirib.

Deputat çıxışında təhsilin milli kimliyinə və dövlətinə bağlı, eyni zamanda müstəqil düşünən, rəqəmsal mühitdə məlumatları təhlil edə bilən, rəqabətədavamlı gənclər yetişdirməli olduğunu da diqqətə çatdırıb.

Mənbə: Modern.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:24

Sumqayıtda festival - tullantı verib 10 hədiyyə qazana bilərsiniz

Bütün xəbərlər
Bu gün, 18:00

Sumqayıtda avtomobillərin median qiyməti 12.500 manatdır.

İdman
Bu gün, 17:30

"Sumqayıt" Azərbaycan Kubokunda "Qarabağ"la qarşılaşacaq

Bütün xəbərlər
Bu gün, 16:52

Sumqayıt xəstəxanalarında basabas tarixə qovuşur - AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 16:47

SDU-nun sabiq müəllimi SOCAR-ın zavoduna direktor təyin edildi

Bütün xəbərlər
Bu gün, 16:12

"STP"nin kapitalı 533 milyon manatı ötüb

İdman
Bu gün, 15:37

Gültac Məmmədəliyeva beynəlxalq turnirin 1/4 finalında

Bütün xəbərlər
Bu gün, 15:32

Sumqayıtın deputatından dərsliklərlə bağlı sərt sual - milyonlar hara gedir?

Bütün xəbərlər
Bu gün, 14:52

Sumqayıtda hava daha da isinəcək

Bütün xəbərlər
Bu gün, 14:12

Həmin "qırmızı maşın" indi Antalyada sərgilənir

Bütün xəbərlər
Bu gün, 13:32

Müəllimlərin orta aylıq əməkhaqqı açıqlandı

Bütün xəbərlər
Bu gün, 13:23

Sumqayıtlı aktrisa qayınanasını bu sözlərlə təbrik etdi

Bütün xəbərlər
Bu gün, 12:52

"9 nömrə"nin vurğu piyada xəstəxanada öldü

Bütün xəbərlər
Bu gün, 12:29

"Sumqayıt"ın legioneri: "Ölkəyə və kluba uyğunlaşıram"

Bütün xəbərlər
Bu gün, 11:49

Bağça müəllimlərinin sertifikatlaşdırılmasına başlanılır

Bütün xəbərlər
Bu gün, 11:09

Sumqayıtda pensiyalar ödənildi

Bütün xəbərlər
Bu gün, 10:29

Mərhum aktyorun qızı: "Məni niyə yetim qoydun, ata?"

Bütün xəbərlər
Bu gün, 09:49

Sumqayıtın bu küçəsində faciə baş verə bilər? - ŞİKAYƏT

İdman
Bu gün, 09:09

"Sumqayıt" fasilədən belə yararlanacaq

Bütün xəbərlər
Dünən, 18:15

Bir aydır su axır, zibillər isə yerində qalır – Sumqayıtda sakinlərin şikayəti

Bütün xəbərlər
Dünən, 17:40

Sakindən etiraz: "Sumqayıtda analoqu olmayan səki"

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda hava yenə isinir

Bütün xəbərlər
Dünən, 16:47

General Natiq Əliyevin qızına əlavə ittihamlar irəli sürüldü

Oxşar xəbərlər