Sumqayıt şəhərində "Tullantıları hədiyyələrə dəyiş" festivalı keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və tərəfdaş təşkilatların dəstəyi ilə baş tutacaq tədbirdə vətəndaşlar təkrar emala yararlı tullantıları təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edə biləcəklər.
Hədiyyə qazanmaq üçün aşağıdakı tullantı növlərindən birini və ya bir neçəsini gətirmək lazımdır:
- Ümumi tutumu minimum 50 litr olan plastik butulka;
- Ümumi tutumu minimum 15 litr olan şüşə butulka/banka;
- 10 ədəd işlənmiş batareya.
Maraqlı fəaliyyətlərin də yer alacağı festivalda bir nəfər üçün maksimum 10 hədiyyə nəzərdə tutulub.
Tədbir 14 noyabr saat 12:00-14:00-da Dənizkənarı bulvar ("Göyərçin" abidəsindən aşağı düşdükdə, dəniz sahilinin yaxınlığında) keçiriləcək.