top
DİM tarix fənni ilə bağlı məlumat yaydı
05 iyun 2025, 09:41
- +

DİM tarix fənni ilə bağlı məlumat yaydı

Bu gün Dövlət İmtahan Mərkəzində II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanında istifadə olunan test tapşırıqlarının müzakirəsi ilə bağlı Mərkəzin ekspertləri və tarix fənnini tədris edən bir qrup müəllimlə görüş keçirilib.

Sumqayit24.az DİM-ə istinadən xəbər verir ki, görüşdə tarix fənninə aid və imtahanda istifadə olunan 3 test tapşırığı ilə bağlı səsləndirilən iradlarla əlaqədar müzakirələr aparılıb. Bu müzakirələrdən sonra DİM-in ekspertlər qrupunun iclası keçirilib və aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan Xalq Cümhuriyyəti mövzusu ilə bağlı aşağıdakı məzmunda təqdim edilən test tapşırığı doğru tərtib edilmiş, qəbul proqramına və dərsliklərə uyğundur.

AXC-nin Tiflis və Bakı dövrlərinə aid ümumi cəhətləri müəyyən edin.

Müəyyən müddət Milli Şuranın fəaliyyət göstərməsi
Qanunverici orqan olan parlamentin fəaliyyət göstərməsi
Qonşu dövlətlə hərbi əməkdaşlıq barədə müqavilə imzalanması
F. Xoyskinin rəhbərliyi ilə hökumətin təşkil edilməsi
Hökumətin qanunverici səlahiyyətlərə malik olması
Mövzu: Azərbaycan Xalq Cümhuriyyəti

Sinif: 9, 11 - Azərbaycan tarixi

Doğru cavab: 1,3,4

2. “Dünya ölkələri II Dünya müharibəsindən sonra” mövzusunda aşağıda təqdim edilən mənbə əsasında cavablandırılmalı olan tapşırıqda yoxlanılan biliklər dərslikdə verilən məlumatlar çərçivəsində və mənbə əsasında tərtib edilən tapşırıqlara qoyulan tələblərə uyğundur.

Mənbə:

“1970-ci illərdə Ərəb ölkələri yenidən müttəfiq kimi ümumi düşmənə qarşı birləşib müharibəyə başladılar. Neftin qiymətinin dörd dəfə artması və dünyada iqtisadi böhranın yaratdığı çətinliklər İsrail və müttəfiqlərini danışıqlara getməyə məcbur etdi. Onlar eyni zamanda qarşı tərəfin qüvvələrini parçalamaq istəyirdilər. İsrail və müttəfiqləri bu məqsədi Kemp-Deviddə imzalanmış sazişlə həyata keçirməyə nail oldular.”

Tapşırıq:

Bəhs olunan müharibənin başlanması ilə bu münaqişənin beynəlxalq miqyas aldığını göstərən mənbədə verilməyən siyasi və iqtisadi (hər birinə aid bir) amili yazın.

Mövzu: Dünya ölkələri II Dünya müharibəsindən sonra.

Sinif: 9, 11 – Ümumi tarix

İzah: 1. iqtisadi amil neft şokunun baş verməsi və neftdən beynəlxalq münasibətlərdə təsir vasitəsi kimi istifadə edilməsi;

siyasi amil isə ABŞ-nin İsraili, SSRİ-nin ərəb ölkələrini dəstəkləməsi idi.
3. Ekspert komissiyası tərəfindən aparılan müzakirələr nəticəsində “Səfəvilər dövründə Azərbaycan mədəniyyəti” mövzusunda aşağıda təqdim edilən test tapşırığının doğru cavabının 2 və 3-cü bəndlər olması elmi mənbələrdə öz əksini tapmasına baxmayaraq, 8-ci sinif üzrə müxtəlif illərdə nəşr olunan Azərbaycan tarixi dərsliklərinin bəzilərində Məhəmməd Tahir Vahidin Şah II Abbasın tarixçisi olub sonra vəzir vəzifəsinə qədər yüksəlməsi, digərlərində Şah II Abbasın tarixçisi olub sonra isə baş vəzir vəzifəsinədək yüksəlməsi ilə bağlı bir-biri ilə uzlaşmayan məlumatlara istinad edildiyinə görə həmin tapşırıq bütün abituriyentlər tərəfindən doğru cavablandırılmış hesab olunur.

Elm və mədəniyyət xadimlərinin fəaliyyətinə aid olan doğru sıraları müəyyən edin.

Elm və mədəniyyət xadimi

Fəaliyyəti

1. Həsən bəy Rumlu- XV əsrdə yaşamış məşhur tarixçi idi.

2.İsgəndər bəy Münşi- Şah I Abbasın hərbi yürüşlərində iştirak etmişdir.

3. Məhəmməd Tahir Vahid- Şah II Abbasın vəziri olmuşdur.

4. Kəmaləddin Behzad-Marağa rəsədxanasında astronom kimi fəaliyyət göstərmişdir.

Mövzu: Azərbaycan mədəniyyəti

Sinif: 8, 10 - Azərbaycan tarixi

Doğru cavab:*

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Dünən, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Dünən, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Dünən, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Bütün xəbərlər
Dünən, 10:15

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

İdman
Dünən, 09:45

"Sabah" bu axşam "Mançester Yunayted"in qonağı olacaq

Bütün xəbərlər
Dünən, 09:15

Sakinlərə şad xəbər - Saray küçələrinə "zebralar" çəkiləcək

İdman
09 sentyabr 2026, 19:00

"Sumqayıt" "Şamaxı" ilə oyuna itki ilə çıxacaq? - AÇIQLAMA

Bütün xəbərlər
09 sentyabr 2026, 18:00

Sumqayıtda 48 məktəblə bağlı YENİLİK – "Rəqəmsal məktəb"ə qoşulmaları nəzərdə tutulur

Oxşar xəbərlər