Sumqayıt şəhərində yanğın qeydə alınıb. Bu haqda 2 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Yanğın yol kənarındakı elektrik dirəyində baş verib. Burada quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac, 1 ədəd qoruyucu açar və 15 p.m kabel yanıb. Ətraf ərazi yanğından mühafizə olunub. Alov FHN-in bölmələri tərəfindən söndürülüb.