Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Bu barədə 14 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Yanğın ümumi sahəsi 3 kv.m olan birmərtəbəli elektrik otağında qeydə alınıb. Burada 1 ədəd elektrik sayğacı, 1 ədəd elektrik açarı, giriş kabeli 5 p.m və bitişik ümumi sahəsi 70 kv.m olan tikilinin (sex kimi fəaliyyət göstərir) dam örtüyünün taxta atmaları 0.5 kv.m sahədə yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.