Sumqayıtda meyvə-tərəvəz dükanında yanğın baş verib. Bu haqda 2 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə “Əşya bazarı”nda qeydə alınıb. Şəhər sakini, 34 yaşlı Mübariz Hacıyevə məxsus obyekt 250 kv.m sahədə yanıb. Alov mağazanın qarşısında park edilmiş “Mercedes" markalı yük maşınına da keçib.
Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən alov söndürülüb.
Araşdırma aparılır.