Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Təlim zamanı xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.
Sonda əldə edilən nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.