Xəzər dənizinin dayazlaşmasının qarşısının alınmasına dair tədbirlər görüləcək.
Sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, Xəzər dənizində dayazlaşmanın sosial-iqtisadi təsirləri qiymətləndiriləcək və milli uyğunlaşma mexanizmi yaradılacaq.
Mənbə: Oxu.аz