Sumqayıt şəhərində 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə 5 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Çağırış ünvanına FHN-in xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunmasını təmin ediblər.