Sumqayıt şəhərində biri azyaşlı olmaqla 3 nəfər mənzillərdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə 2 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər veririk.
Çağırış ünvanlarına FHN-in xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.