“Gecə vaxtı nəqliyyat qəzaları zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda praktiki gecə təlimi baş tutub. Bu barədə 5 oktyabr tarixində Sumqayıt24 xəbər verir.
Məşq Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən həyata keçirilib. Məqsəd şəxsi heyətin döyüş və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti avtomobil qəzası zamanı avtomobillərdə “sıxılı vəziyyətdə qalmış zərərçəkmişləri xilas ediblər”. Bunun üçün onlar xüsusi xilasetmə alət və avadanlıqlarından istifadə ediblər.
Sonda nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.