top
FHN Sumqayıtda yanğın-taktiki təlim keçirdi
03 sentyabr 2026, 11:45
- ↺ +

FHN Sumqayıtda yanğın-taktiki təlim keçirdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri ərazisində yerləşən "SOCAR"ın "Neft Kəmərləri" İdarəsinin Abşeron İstehsalat Bölümünün Neft Təhvili Sahəsində yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirilib.

Sumqayit24.az xəbər verir ki, təlimdə FHN-in aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və Neft Təhvili Sahəsinin əməkdaşları, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsinin, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları iştirak edib.

Təlimin keçirilməsində əsas məqsəd yüksək yanma qrupuna aid məhsulların emal edildiyi, strateji əhəmiyyət kəsb edən obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı Neft Təhvili Sahəsində baş vermiş şərti yanğın yerinə operativ çatan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri işçilərin "təhlükəli ərazidən" təxliyə edilməsi, "yanğın" yerində çevik kəşfiyyatın aparılması, "yanğının söndürülməsi" və ərazidən "yaralıların xilas edilməsi" əməliyyatlarını yerinə yetiriblər.

Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin dördüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıtdan Qarabağa uzanan istehsal xətti

Bütün xəbərlər
Dünən, 17:26

Sumqayıtda istirahət günü hava yağmursuz ola bilər

İdman
Dünən, 16:50

"Sumqayıt" "Qəbələ"yə qarşı uğurlu seriyasını davam etdirə biləcəkmi? - STATİSTİKA

Bütün xəbərlər
Dünən, 16:19

Sumqayıtda günlərdir aşan ağacdan şikayət

Bütün xəbərlər
Dünən, 15:30

Sumqayıtlı şəhid baş leytenantın xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 14:41

Sumqayıtda təhlükəli quyunun üzəri bağlandı

Bütün xəbərlər
Dünən, 13:45

Sumqayıtda yanacaqdoldurma məntəqəsinin qarşısında maşın yandı

Bütün xəbərlər
Dünən, 13:00

Sumqayıtda kommunal qəza - sakinlər tədbir gözləyir

Bütün xəbərlər
Dünən, 12:20

Azərbaycanda ov mövsümü başladı

Bütün xəbərlər
Dünən, 11:14

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 10:42

Bu gün yanğınsöndürənlərin peşə bayramıdır

İdman
Dünən, 09:53

"Sumqayıt" bu gün meydana çıxır: rəqib "Qəbələ"dir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıtın intensiv istifadə olunan ərazisi "qaranlığa məhkum olub"

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 14-cü günü – XRONİKA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:30

Sumqayıtda kanalizasiya daşır, sakinlərə "üstündən tullanın" deyilir?  - İDDİA

Bütün xəbərlər
09 oktyabr 2026, 18:07

Sumqayıt şəhərində uşaqlarda müşahidə olunan dərman reaksiyası ilə bağlı açıqlama

Bütün xəbərlər
09 oktyabr 2026, 17:38

Ceyranbatanda yaşayış binasında YANĞIN

Bütün xəbərlər
09 oktyabr 2026, 17:30

Sumqayıtda binanın zirzəmisini zibilxanaya çeviriblər

İdman
09 oktyabr 2026, 17:30

Atasının rəqibi oğlunun uğuruna töhfə verdi: Elxan və Ömər Rəcəbli karyeralarının bilinməyən paralelləri

İdman
09 oktyabr 2026, 17:25

"Sumqayıt" FK-dan Nihad Əhmədzadə ilə bağlı yeni qərar

Bütün xəbərlər
09 oktyabr 2026, 17:02

Sumqayıtda qanunsuz tikinti dayandırıldı – AÇIQLAMA

Bütün xəbərlər
09 oktyabr 2026, 16:35

Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

Oxşar xəbərlər