FHN-nin Sumqayıt Regional Mərkəzi tərəfindən maarifləndirmə tədbiri keçirilib. Bu barədə 17 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Xırdalan şəhər 9 nömrəli tam orta məktəbində baş tutan tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri də iştirak ediblər. Vətəndaşlara fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.