Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi tərəfindən növbəti təlim təşkil olunub. Bu haqda 27 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Taktiki təlim “Yol-nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusuna həsr edilib.
Seminar zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstəriblər”.
Sonda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.