Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin dəstəyi ilə "Disleksiya nədir?" adlı onlayn görüş təşkil olunacaq.
Görüşdə pedaqoq, Uşaq İnkişaf Mərkəzinin direktoru Təranə Möhsünova gənc müəllimlərə disleksiya barədə məlumat verəcək, disleksiya problemi olan şagirdlərlə davranış qaydalarından danışacaq.
24 sentyabr saat 20:00-da "Zoom" tətbiqi vasitəsi ilə baş tutacaq təlimdə iştirak etmək üçün aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
Disleksiya - dinləmə, danışma, oxuma, yazma, fikir yürütmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan çətinliklərlə özünü göstərən bir öyrənmə pozuntusudur.