top
Gələcəkdə yalnız imkanlı şəxslərin mənzili olacaq - EKSPERT RƏYİ
07 sentyabr 2025, 22:53
- +

Gələcəkdə yalnız imkanlı şəxslərin mənzili olacaq - EKSPERT RƏYİ

Sumqayıt şəhərində daha 208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif edilir. Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan bildirilib. Qeyd edilib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospekti, Üst trikotaj fabrikinin cənubu, 3-cü məhəllədə yerləşən yaşayış kompleksində 208 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir.

Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün 12.09.2025-ci il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir. Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsi (www.mcgf.gov.az) və rəsmi "Youtube" kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür. Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 7970 kirayə müqaviləsi bağlanılıb.

Kirayədə qalaraq, həmin mənzilə sahiblənmək hansı halda mümkün ola bilər? Məlumatlara görə, kirayə mənzillərə sahiblənmək üçün ilkin ödəniş tələb edilir. Təbii ki, mənzilin kvadrat metrinə görə ödəniş haqqı təyin edilir.

İqtisadçı Əkrəm Həsənov Sherg.az-a açıqlamasında qeyd edib ki, kirayə mənzilə sahib olmaq üçün mənzilin dəyəri tam ödənməlidir:

- Ümumiyyətlə, dünyada belə bir tendensiya var, mənzillərin sayı məhdud, əhali sayı isə çoxdur. Əgər kimsə düşünürsə ki, nə vaxtsa hamının mənzili olacaq, yanılır. Hər kəsin mənzili olmayacaq. Yalnız imkanlı şəxslərin mənzili olacaq. Bu gün mənzil, daşınmaz əmlak bazarında qiymətlər çox yüksəkdir. Çünki mənzil tikintisi çox yüksək məbləğə başa gəlir. Deyə bilərsiniz ki, mənzillərin real maya dəyəri o qədər də yüksək deyil. Bəli, ola bilər 1 mənzilin tikintisinə 40 min manat xərclənir, amma tikinti şirkətindən o qədər əlavə xərcləri çıxır ki, mənzilin qiyməti də bahalaşır, real maya dəyərindən qat-qat yüksək olur. Dövlət hesabına tikilən evlər məsələsi isə fərqlidir. Dövlət büdcəsindən tikintiyə vəsait ayrılır, amma həmin vəsait büdcəyə qayıtmalıdır. Odur ki, mənzillərə məbləğ təyin edilir, mənzilə sahib olmaq istəyənlərdən də bu məbləği ödəmək tələb olunur. Hətta kirayə mənzillərə sahib olmaq üçün vətəndaş normal əməkhaqqına sahib olmalıdır. Çünki yalnız bu halda banklar ona İpoteka krediti verməyə razı olacaq. Vətəndaş İpoteka krediti almalı, mənzil üçün ilkin ödəniş etməli, bank tərəfindən təyin edilən aylıq ödənişi də hər ay ödəməlidir. Mənzilin dəyəri tam ödənildikdə şəxs o mənzilə sahib ola bilir.

İqtisadçı qeyd etdi ki, hazırda mənzil sahibi olmaq çətindir:

- İnsanların gəlirləri getdikcə azalır, kredit borcları isə artır. Bu, nə deməkdir? İnsanlar kredit borclarını əmlakları hesabına ödəyirlər. Evini banka qoyaraq kredit götürən çox vətəndaş var. Kredit borcunu ödəyə bilmədikdə bank evi şəxsin əlindən alır. Qayda budur. Ona görə evsiz insanların sayı da artır. Mənzil sahibi olanların sayı 10-15 ildən sonra daha da azalacaq. İnsanların evlərini əllərindən alacaqlar. Minimal əmək haqqı ilə mənzil sahibi olmaq mümkün deyil. Sizcə, banklar aylıq gəliri 300-400 manat olana ipoteka krediti verər, yoxsa 1000-2000 olana? Əlbəttə, 1000-2000 manat olana. Bank da müflis olmamaq üçün işini möhkəm tutmalıdır. Real gəliri olan vətəndaşa kredit verəcək ki, faizini ala bilsin. Azgəlirli işlərdə işləyənlərin daimi iş üstünlüyü yoxdur. Bu gün işləyirlər, sahah işsiz qala bilərlər. Banklar bunu nəzərə alır. Bu o deməkdir ki, hazırda 10-15 evi olanların gələcəkdə evlərinin sayı daha da artacaq, mənzili olmayanların mənzili yenə də olmayacaq. Birinin 10 yerdə evi var, birininsə heç yoxdur. Kapitalizm belədir. Amma hesab edirəm ki, büdcə vəsaiti hesabına tikilən evləri minimum, heç olmasa, orta qiymətə təklif etmək, ipoteka faizlərini də minimal etmək mümkündür. Bütün hallarda o vəsait büdcəyə ödənəcək, 1 il, 1 il gec, amma ödəniləcək. Vətəndaş da mənzil sahibi olacaq. Bununla evsiz vətəndaşların sayını mümkün qədər azaltmaq olar.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Xalq artisti: "Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib"

Bütün xəbərlər
Dünən, 18:03

Sumqayıt Dəmiryol Vağzalında "Kitab Dayanacağı" istifadəyə verildi - FOTOLAR

Bütün xəbərlər
Dünən, 17:36

Sülh prospektində qəza - 5 maşın toqquşdu - VİDEO

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda qəza - piyada qadının vəziyyəti orta-ağırdır - VİDEO

Bütün xəbərlər
Dünən, 16:50

Ceyranbatanda ağaclar yola aşdı, hərəkət çətinləşdi

Bütün xəbərlər
Dünən, 16:25

SDU-ya yeni qəbul olunanların nəzərinə - Tanışlıq günləri keçiriləcək

Bütün xəbərlər
Dünən, 15:23

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda qəza - maşın işıq dirəyini aşırdı - VİDEO

Bütün xəbərlər
Dünən, 14:44

Sumqayıtda dəniz sahilində qadın meyiti tapıldı - VİDEO

Bütün xəbərlər
Dünən, 14:21

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Dünən, 13:40

Nazirdən Sumqayıtla bağlı diqqətçəkən açıqlama

İdman
Dünən, 13:15

"Sumqayıt" 700 manat cərimələndi - SƏBƏB

Bütün xəbərlər
Dünən, 12:50

Sumqayıtda daha iki məktəbdə peşə təhsili imkanı yaradılır

Bütün xəbərlər
Dünən, 12:14

Sumqayıtda 21 yaşlı qızın meyiti evində tapıldı

Bütün xəbərlər
Dünən, 11:20

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Bütün xəbərlər
Dünən, 11:00

"Sanki həyat dayanıb": Sumqayıtdan ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:17

Relslərin üzərinə məhəccər düşdü, Bakı–Sumqayıt qatarının hərəkəti gecikdi

Bütün xəbərlər
Dünən, 09:26

Sarayda kommunal qəza

Bütün xəbərlər
07 sentyabr 2026, 18:20

Sumqayıtda piyada keçidi görünməz hala düşüb

Bütün xəbərlər
07 sentyabr 2026, 18:00

Sumqayıtda ağac peşə liseyinin üzərinə aşıb

Bütün xəbərlər
07 sentyabr 2026, 17:35

Novxanıda qaz hesabında müəmmalı borc: 1306 manat silinəcək

Bütün xəbərlər
07 sentyabr 2026, 17:00

Sumqayıtda yollar sakinlər üçün "sınaq meydanı"na çevrilib

Bütün xəbərlər
07 sentyabr 2026, 16:30

Sumqayıtda torpaq icarəyə götürmək istəyənlərin nəzərinə

Bütün xəbərlər
07 sentyabr 2026, 15:48

"Sumqayıt Toxucu-Tikiş" MMC 60 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
07 sentyabr 2026, 14:58

Sumqayıtda sabah leysan gözlənilir

Bütün xəbərlər
07 sentyabr 2026, 14:12

Sumqayıtlı Osman Xaliyevə mühüm vəzifə verildi

Bütün xəbərlər
07 sentyabr 2026, 13:59

400 ailənin yaşadığı "Stansiya Sumqayıt" çirkab sulara qərq olub

Bütün xəbərlər
07 sentyabr 2026, 13:20

Sumqayıt teatrı yeni mövsümü "Ölməz" tamaşası ilə açacaq

Oxşar xəbərlər