Sumqayıtda biblioqrafiya günü keçiriləcək. Bu barədə 8 sentyabr tarixində Mərkəzi Kitabxana Sisteminə istinadən xəbər veririk.
Tədbir sentyabrın 12-si saat 10:00-da S.Vurğun adına Mərkəzi kitabxananın oxu zalında təşkil olunacaq. Burada mərkəzi kitabxananın qabaqcıl mütəxəssisləri aşağıdakı mövzularda çıxış edəcəklər:
- Biblioqrafiya günü, Məlumat günü, və Mütəxəssis gününün keçirilməsi metodikası;
- Biblioqrafik sorğuların yazılı, şifahi və onlayn şəkildə ödənilməsi və qeydiyyatı;
- Rüblük və illik biblioqrafiq hesabatın, planın yazılması qaydası;
- Biblioqrafik vəsaitlərin növləri və tərtibi metodikası;
- Biblioqrafik təsvir qaydaları;
- Elektron kataloqda axtarış.
Toplantı kitabxanaların gənc multimedia mütəxəssisləri üçün nəzərdə tutulub. Burada “Biblioqrafik vəsaitlər – sənin köməkçindir”, “Məlumat nəşrləri” başlıqlı sərgilər təşkil olunacaq.