Sumqayıtda “Sağlam gənclik naminə - Narkomaniyaya yox deyək!“ adlı görüş keçirilib. Bu barədə Sumqayıt24 xəbər verir.
Maarifləndirici tədbir Gənclər və İdman Baş İdarəsi və 2 saylı Regional “ASAN Xidmət” Mərkəzinin birgə təşkilatçılığı keçirilib. Millət vəkili Müşfiq Məmmədli, Baş İdarənin rəisi Elgün Hümbətov, “ASAN Xidmət” Mərkəzinin direktoru Tural Məmmədov və şəhər Polis İdarəsinin əməkdaşı Asudə Əliyeva burada çıxış ediblər.
Sonda könüllü gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara videoçarx nümayiş edilib.