top
Gizli təhlükə: Sumqayıtda suyun tərkibində nə var?
04 aprel 2026, 09:54
- +

Gizli təhlükə: Sumqayıtda suyun tərkibində nə var?

Bakı Dövlət Universitetinin (BDU) tələbələri Sumqayıtda suyun keyfiyyətini yoxlayıblar.

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş xüsusi elmi seminar keçirilib.

Seminarda fakültənin IV kurs tələbələri Arzu Əsgərova və Lamiyə Hüseynova "Bakı və Sumqayıt şəhərlərində suyun ekokimyəvi tərkibinin müqayisəsi" mövzusunda çıxış ediblər. 

Tədqiqat çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin su ehtiyatlarının, xüsusilə içməli və səth sularının ekokimyəvi göstəriciləri müqayisəli şəkildə təhlil olunub. Su nümunələrində ağır metalların (qurğuşun, kadmium, mis, sink və s.), neft məhsullarının, pH səviyyəsinin, mineral maddələrin və digər çirkləndiricilərin qatılığı müəyyən edilib. 

Nəticələr göstərib ki, sənaye müəssisələrinin sıx yerləşdiyi Sumqayıt şəhərində suyun çirklənmə səviyyəsi Bakıya nisbətən daha yüksəkdir. Xüsusilə neft-kimya sənayesinin təsiri nəticəsində bəzi göstəricilərin normadan artıq olduğu qeyd olunub. Bakı şəhərində isə daha çox şəhərsalma və nəqliyyatın təsiri müşahidə edilib. Məruzəçilər suyun keyfiyyətinin yaxşılaşdırılması üçün monitorinqin gücləndirilməsi, təmizləyici qurğuların modernləşdirilməsi və ekoloji nəzarətin artırılması kimi təkliflər irəli sürüblər.

Daha sonra fakültənin IV kurs tələbəsi Səkinə Hacıyeva "Azərbaycanın Xəzəryanı ərazilərinin davamlı inkişafının ekocoğrafi aspektləri" mövzusunda məruzə edib.

Seminarın sonunda məruzəçilərə kitablar və sertifikatlar təqdim olunub.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
Dünən, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
Dünən, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
Dünən, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
Dünən, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
Dünən, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
Dünən, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
Dünən, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
Dünən, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
Dünən, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
Dünən, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:45

Saray marşrutudur, amma Saraya getmir - İDDİA - VİDEO

İdman
Dünən, 13:15

"Sumqayıt" almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtdan Amerikaya uzanan 6 illik yol

Bütün xəbərlər
Dünən, 12:15

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

Bütün xəbərlər
Dünən, 11:45

Sarayda canavar həyəcanı - Bələdiyyədən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 11:15

8 ayda 57 minə yaxın şəxs uşağın anadan olmasına görə müavinət alıb

Bütün xəbərlər
Dünən, 10:45

Sumqayıtda gimnaziyanın rəhbəri TƏLTİF OLUNUB

Bütün xəbərlər
Dünən, 10:15

Çerkassı küçəsində asfaltlanma işləri davam etdirilir

İdman
Dünən, 09:52

"Sumqayıt"da iki futbolçu ətrafında MÜƏMMA YARANDI

Bütün xəbərlər
Dünən, 09:15

"Hər an kiminsə başına düşə bilər": Sumqayıtda binanın fasadında təhlükə

Bütün xəbərlər
03 sentyabr 2026, 18:30

Sumqayıtın bu küçəsi "gün üzünə çıxdı"

Oxşar xəbərlər