Sumqayıtda baş vermiş yanğının detalları bəlli olub. Sumqayıt24 bu barədə 3 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xəbər verdiyimiz kimi, hadisə “Göyərçin” abidəsinin yaxınlığında olan obyektdə baş verib. Yüngül konstruksiyalardan quraşdırılan (taxta, plastik), ümumi sahəsi 220 kv.m olan birmərtəbəli kafenin yanar konstruksiyaları və içərisində olan əşyalar 200 kv.m sahədə yanıb.