Sumqayıtda iaşə obyekti yanıb. Bu barədə 3 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Hadisə “Göyərçin” abidəsinin yaxınlığında baş verib. Burada olan kafe gecə 02:30 radələrində qəfildən alışıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alovun qarşısı alınıb.
Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.