Bu gün Sumqayıtda fəaliyyət göstərən 14 nömrəli məktəbdə dezinseksiya işləri aparılıb.
Sumqayıt24-ə daxil olan məlumata əsasən, təhsil müəssisəsinin fənn kabinetləri, sinif otaqları, dəhlizlər, sanitar qovşaqlar, eləcə də məktəbin həyatyanı sahəsi xüsusi kimyəvi maddələr vasitəsilə dezinseksiya edilib.
Qeyd edək ki, ötən gün tədris ocağını birə basması haqqında məlumat vermişdik. Redaksiyamız məsələni gündəmə gətirəndən sonra məktəb dezinseksiya işləri üçün bağlanıb.