Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. Sumqayıt24 bu barədə 17 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini A.Mirizadə idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən şəhər sakini Elnur Musayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.