Sumqayıt şəhəri, Səməd Vurğun küçəsindən Hacı Zeynalabdin qəsəbəsinə gedən yolun yararsız vəziyyətdə olması sürücülərin narazılığına səbəb olub.
Bu barədə sosial şəbəkədə paylaşım edilib.
Sürücülərin sözlərinə görə, xüsusilə kameraların da çox olduğu yolda uzun müddətdir təmir edilməyən çalalar var.
Onlar bildiriblər ki, yolun həmin hissəsindəki çalalara düşməmək üçün qarşı zolağa çıxmaq məcburiyyətində qalırlar. Bu isə qəza riskini artırır.
Narazılığa səbəb olan digər məqam isə yolun çalaları təmir edilmədən yeni nişanlanma xətlərinin çəkilməsidir.