Sumqayıtda Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. Bu barədə 17 oktyabr tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər veririk.
“Vətəni yaşadan igid oğullar” adlı tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Görüşdə qazi Vidadi Əliyev, Elmin Həsənov, Həsən Yaqubov iştirak ediblər. Çıxış edənlər 44 günlük müharibədə vətən oğullarının şücaətindən söhbət açıblar. Qazilərin həyat və döyüş yolları haqqında məlumat verilib, videoçarx nümayiş olunub. Daha sonra müğənnilər Əli Əzizoğlu, Vüqar Təmkin, Əlipaşa Paşayev, Zaur Yusifli və “Veteranlar” xalq xoru vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Sonda xatirə şəkilləri çəkdirilib.