Sumqayıt şəhər internat tipli gimnaziyası "Sən elə bir zirvəsən" adlı tədbir keçirib. Bu haqda 4 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Heydər Əliyevin 100 illiyi ilə əlaqədar təşkil olunan tədbirdə gimnaziyanın direktoru Fəridə Mustafayeva, tərbiyə işləri üzrə direktor müavini Aytən Əliyeva, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev və 10-cu sinfin şagirdləri iştirak ediblər.
Məktəblilərin ifasında ulu öndər Heydər Əliyevə həsr olunmuş mahnılar, şeirlər və musiqilər ifa olunub.