İcra başçısı Zakir Fərəcovun şahid qismində məhkəməyə çağırılacağı xəbəri həqiqəti əks etdirmir. Sumqayıt24 bu haqda 28 mart tarixində xəbər verir.
Külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən “Səda TV” MMC-nin rəhbəri Elnur Şükürovun məhkəmə işində Sumqayıt şəhər icra başçısı Zakir Fərəcovun şahid qismində tanınması məlumatı yayılmışdı. İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama verib:
“Bu işdə şəhər icra hakimiyyətinin başçısı deyil, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı şahid qismində tanınıb”.