Əlaqələndirmə Mərkəzinin nümayəndələri Sumqayıtda qaziləri ziyarət ediblər. Bu barədə 18 oktyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.
Hərbi qulluqçular Kamal Cavadlı və Azər Kazımov ötən ay erməni təxribatının qarşısını alarkən yaralanıblar. Nümayəndə heyəti tərəfindən onlara sovqat və maddi yardım təqdim edilib. Qeyd olunub ki, qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. [modula id="25304"]