Sumqayıt işəgötürənlərin sayına görə ikinci yerdədir. Sumqayıt24 bu haqda 7 oktyabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.
“Sosial saat” proqramının qonağı olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev sözügedən mövzuya toxunub.
O bildirib ki, işə götürən şirkətlərin baş ofisləri əsasən Bakıdadır, bu səbəbdən işəgötürənlərin 92 %-i paytaxtda cəmləşib. Daha sonra isə, 1.2% ilə sənaye şəhəri Sumqayıt gəlir.
Qeyd olunub ki, digər şəhərlərimizdə bu əmsal 1% ətrafında dəyişir.