Düşmən işğalından azad edilmiş ərazidə qayanı Azərbaycan bayrağının rənglərinə boyayan - sumqayıtlı gənc rəssam Əkrəm Qurbanov. Onun haqda Oxu.az-a istinadən yazırıq.
Qurbanov 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. O, 2012-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib və indi peşəsi üzrə fəaliyyət göstərir. Gənc istedadın sözlərinə görə, onda əlillik dərəcəsi olduğu üçün müharibədə iştirak edə bilməyib, lakin əlindən gələni əsirgəməyib.
Müharibə dövründə onu hər kəsə tanıtdıran iş isə işğaldan azad edilmiş Hadrutda qayaların birini üç rəngli bayrağımızın rənglərinə boyaması olub. Sözügedən qaya Tuğ və Tağlar kəndlərinə gedən yolun üzərində yerləşir. Hazırda həmin bayraq Hadrutun hər güşəsindən baxdıqda açıq-aydın görünür.
Qeyd edək ki, həmin o qayanın ətrafında müharibə zamanı düşmən postu yerləşirdi.