Sumqayıt şəhərində yol qəzası baş verib. Sumqayıt24 bu barədə 30 avqust tarixində xəbər verir.
Hadisə saat 15:10 radələrində Sülh küçəsində qeydə alınıb. “Opel” ilə “BMW” markalı nəqliyyat vasitələri toqquşub. Qəza zamanı xəsarət alan olmayıb.
Daha əvvəl gecə saatlarından etibarən sözügedən küçədə hərəkət nizamlayıcılarının çalışmadığı haqda məlumat vermişdik.