Sumqayıtda jurnalistlər üçün təlim keçirilib. Bu barədə 30 serntyabr tarixində Sumqayıt24 xəbər verir.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində baş tutan görüş “Sənayenin müasir üsullar və yeni texnologiyalarla inkişafı: Sənaye zonaları və aqroparklar” mövzusunu əhatə edib.
Qurumun şöbə müdirləri Emil Hacıyev və Amir Məmmədov “Sənaye zonalarında sahibkarlıq subyektinin inkişafı üçün əlverişli imkanlar, vergi və gömrük güzəştləri, rezident anlayışı və rezidentlərin qeydiyyatı proseduru”, “Kənd təsərrüfatında innovativlik: Aqroparklar” mövzusunda təqdimatlar ediblər.
Sonda İZİA və Medianın İnkişafı Agentliyi tərəfindən KİV nümayəndələrinə sertifikatlar təqdim olunub.