Sumqayıtda 10 sahibkar üçün “Biznesin idarə olunması” mövzusunda təlim keçirilib. Bu barədə 19 sentyabr tarixində Sumqayıt24 xəbər verir.
Onlayn görüş KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən təşkil olunub. Mərkəzin eksperti tərəfindən balanslı idarəetmə, keyfiyyətli qərarvermə işinin təşkili və strateji yanaşma barədə iştirakçılara məlumat verilib. Həmçinin performans menecmentin tətbiqi, məhsuldar iş mühitinin yaradılması, effektiv və səmərəli biznes modellərindən söz açılıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.