Sumqayıtda qazi dünyasını dəyişib. Sumqayıt24 bu barədə 10 oktyabr tarixində Unikal.az-a istinadən xəbər verir.
Vətən müharibəsi qazisi Bəhruz Zülfüqarov bir müddət əvvəl əməliyyat olunub. Lakin sonradan komaya düşüb. Bir neçə gün komada qalan Bəhruz dünən vəfat edib.
Qeyd edək ki, Bəhruz Zülfüqarov müharibəyə könüllü yollanmışdı.